Qadin.NET / “Türklər koronavirusa yoluxmayacaq, çünki…” – Professordan şok iddia

“Türklər koronavirusa yoluxmayacaq, çünki…” – Professordan şok iddia

“Türklər koronavirusa yoluxmayacaq, çünki…” – Professordan şok iddia


“Çində orataya çıxan və dünyaya yayılan koronavirus gen səbəblərindən Türkiyədə yayıla bilməyəcək. Türkiyədə Asiya qitəsinin digər ölkələri ilə müqayisədə daha fərqli genlərə sahib insanlar yaşayır, buna görə də ölkəmizin virusun təsirlərinə daha az məruz qalacağını düşünürəm”.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bunu türk professor Oytun Ərbaş deyib.

Mütəxəssis ən pis halda, cəmi 10-20 nəfərin bu virusa yoluxa biləcəyini iddia edib:

“İndiyədək koronavirusun ən geniş yayıldığı bölgə Uhan və ətrafıdır, yəni Çindir. Bu bölgədə genetik olaraq qohum insanlar yaşayırlar. Onlar daha çox sarı irqdir və boyları qısadır. Araşdırmalara görə, virusun Asiya irqinə yoluxma ehtimalı daha çoxdur. Ağ və qara irqə yoluxma riski isə altıda bir ehtimaldır. Ona görə də, Türkiyədə yayılsa, belə fəlakət həddində olmayacaq, yüngül keçəcək. Yəni Çindəki kimi olmayacaq.

Türklər də Asiya irqinə mənsubdur, amma bizim genimiz həm də Aralıq dənizi hövzəsinə bağlıdır. Biz bir az da macar-rumın qrupubunun genlərinin daşıyıcısıyıq. Genimiz qarışıqdır. Mən bu virusun Türkiyədə daha az təsir edəcəyini düşünürəm”

“Türklər koronavirusa yoluxmayacaq, çünki…” – Professordan şok iddia


8 mart 2020
GO BACK