Qadin.NET / Azərbaycanda Dərslər Yenidən Təxirə Salındı

Azərbaycanda Dərslər Yenidən Təxirə Salındı

Azərbaycanda Dərslər Yenidən Təxirə Salındı


Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qadin.Net bildirir ki, Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Qeyd edək ki, koronavirus epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycanın təhsil müəssisələrində ilk dəfə 3-9 mart tarixlərində dərslərin dayandırılması ilə bağlı qərar qəbul olunmuşdu

7 mart 2020
GO BACK