Sabiq danimarkalı futbolçu Tomas Kalenberg koronavirusa yoluxub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, “Brondi” klubu onun karantinə alındığını açıqlayıb.
36 yaşlı futbolçu ilə birgə 13 nəfər oyunçu da karantinə alınıb.
Qeyd edək ki, Kalenberg 2001-2017-ci illərdə Danimarkada “Brondbi”, Fransada “Auxerre” və “Evian, Almaniyada isə “Volfsbörg” komandalarının formasını geyinib. Danimarka Milli komandasında isə 47 dəfə meydanlara çıxıb