Qadin.NET / Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı

Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı

Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı


Britaniyada kraliyyət ailəsində ayrılıq küləkləri hər zamankından daha sərt əsməyə başlayıb.

Qadin.Net bildirir ki,  Kraliça II Elizabet qəlbində ayrı yeri olduğu sayılan nəvəsi Harri ilə sarayında danışdıqdan sonra onunla vidalaşıb. Onların söhbətində kənar şəxslərin iştirak etmədiyi bildirilir.

“The Sun”un məlumatına görə, vida görüşü dörd saat çəkib.

Bildirilir ki, kraliça sevimli nəvəsinə onu çox sevdiyini və hər zaman geri qayıda biləcəyini deyib.

Martın 31-də şahzadə Harri və xanımı Meqan Markl son dəfə rəsmi vəzifəni yerinə yetirdikdən sonra ailədən tamamilə ayrılacaqlar.

Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı


6 mart 2020
GO BACK