Aprelin 3-də “Agent 007”nin "Ölmək vaxtı deyil" adlı yeni filminin premyera tarixi koronavirusa görə dəyişdirilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Ceyms Bond pərəstişkarları yayılan virusa görə təqdimat tarixinin dəyişdirilməsini xahiş etmişdilər.
Bu gün isə məlum olub ki, premyera noyabrın 25-də reallaşacaq.
Qeyd edək ki, bu Ceyms Bonda haqqında çəkilən sayca 25-ci filmdir. Ekran işinin rejissoru Kari Fukunaqa, baş rol aktyoru isə Deniel Kreyqdir