Krallıq səlahiyyətlərindən imtina edən şahzadə Harri və həyat yoldaşı, aktrisa Meqan Markl sarayın maliyyə dəstəyindən də məhrum olunublar.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu günlərdə aktrisa kimi özünü yenidən sınamaq qərarına gələn Meqana fantastik gəlirli təklif gəlib.
Almaniyanın məşhur “Biotulin” botoks markası 38 yaşlı Markla serialların birində 5 saniyəlik reklam epizodunda çəkilməyi təklif edib. Şirkət bunun üçün ona 5 milyon dollar ödəməyə hazırdır.