Qadin.NET / Kayli Cennerin ayaq barmağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Kayli Cennerin ayaq barmağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Kayli Cennerin ayaq barmağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ


Dünyanın ən gənc milyarderi olan Kayli Cennerin bacısı Kendall Cenner ilə Bahama adalarındakı istirahətindən paylaşdıqları foto gündəm yaradıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, şəkildə 22 yaşlı Kaylinin sağ ayağındakı ortancıl barmağının digərlərinə nisbətən balaca olduğu diqqət çəkib.

Bədəninin gizli qüsurunu görən İntsaqram izləyiciləri modelin barmağı ilə bağlı ona suallar ünvanlamağa başlayıblar.

Milyarder isə cavab olaraq barmağının aldığı zədə nəticəsində inkişafdan qaldığını açıqlayıb:

“Məktəb illərində bu barmağım qırılmışdı. Əlac etmək mümkün olmadı. Mən də ona istədiyi kimi inkişaf etməyə icazə verdim”.

Qeyd edək ki, model bacılar Baham adalarında gecəsi 10 min dollara olan villa kirayələmişdilər

Kayli Cennerin ayaq barmağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ



5 mart 2020
GO BACK