70-dən çox ölkəyə yayılan və dünyada 3200-dən çox insanın ölümünə səbəb olan koronavirus (COVID-19) iki alt növə mutasiya edib.
Qadin.Net bildirir ki, “Independent”in məlumatına görə, çinli alimlər belə bir açıqlama ilə çıxış ediblər.
Onların sözlərinə görə, “L” və “S” alt tipləri adlanan yeni növlər coğrafi paylanması və insanlar arasında yayılması baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
Onlar bildiriblər ki, “S” alt növü nisbətən qədim versiyadır, ancaq “L” alt tipi daha yoluxucu və daha “aqressiv”dir.
Tədqiqat Çin Elmlər Akademiyasının sponsorluğu ilə hazırlanan “National Science Review” jurnalında dərc edilmiş “SARS-CoV-un mənşəyi və davam edən təkamülü” başlığı altında nəşr edilib.
Araşdırmanın müəllifləri Pekin Universitetinin Həyat Bilgisi Məktəbinin Bioinformatika Mərkəzindən tədqiqatçı Lu Jian və Çin Elmlər Akademiyasının Şanxay Pastor İnstitutundan tədqiqatçı Cui Jiendir.
Elm adamları yeni mutasiyaların da yarana biləcəyini əlavə edirlər