Qadin.NET / Azərbaycana gələn daha üç şəxsdə koronavirus tapıldı

Azərbaycana gələn daha üç şəxsdə koronavirus tapıldı

Azərbaycana gələn daha üç şəxsdə koronavirus tapıldı


İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Qadin.Net bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan Axşam.az-a daxil olan məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü  Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.  Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir

5 mart 2020
GO BACK