“Koronavirusun (COVID-19) pulla keçmək ehtimalı yoxdur”.
Qain.Net bildirir ki, oxu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
O qeyd edib ki, virusdan qorunmaq üçün əlləri 20 saniyə sabunla yumaq vacibdir.
Baş infeksionist deyib ki, regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq:
“İnsanlarda xüsusi alqoritmlər yoxlanılacaq. Lazım gəlsə və xəstəlik aşkar olunarsa, həmin şəxslər karantinə alınıb, müalicə olunacaqlar. Xəstəliyin kliniki əlamətləri meydana çıxan halda istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etmək lazımdır”