Türkiyəli aktrisa Tuba Büyüküstün sevgilisi Umut Evirgən ilə restoranların birindən çıxarkən görüntülənib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sonuncu dəfə “Rise of Empires: Ottoman” ("İmperiyaların çiçəklənməsi: Osmanlı”) sənədli serialında rol alan aktrisa hamamda lentə alınan yarıçılpaq görüntülərinin tənqid olunmasına münasibət bildirib:“Gördüyümüz işdən müsbət rəylər aldıq. Bu məni çox sevindirir. Mənfi fikirləri isə anlaya bilmirəm”.
Aktrisa evliliklə bağlı suallara isə “Hazırda bu barədə düşünmürük” deyə cavab verib.