Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, minimum əməkhaqlarının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir
A.Kərimov qeyd edib ki, əməkhaqlarının neçə faiz artırılacağı barədə hələlik məlumat yoxdur:
“Bununla bağlı araşdırmalar aparılacaq, analizlər təhlil ediləcək və bundan sonra artım faizi müəyyən ediləcək”