Meksikanın Merida şəhərində (Yukatan ştatının paytaxtı) yerləşən Casera Pizza kafesi ən qəribə adlar ilə bağlı konkurs elan edib.
Qadin.Net bildirir ki, “CNN” xəbər verir ki, qalibə 49 peso (2,49 dollar) müqabilində iki böyük pizza təqdim edilirdi.
Yarışmanın finalına Verçinqeotoriq, Nivea, Baxtzibaldi, Yudxistir adını daşıyan insanlar çıxıb.
Lakin yarışmanın qalibi Cero Cero Tres adlı gənc olub. Onun adı ispan dilindən tərcümədə “Sıfır Sıfır Üç” mənasını verir.
Qeyd etmək lazımdır ki, həmin gənc əsl adını 15 yaşında öyrənib.
Bu zamanadək valideynləri onu Bambino (“Körpə”) adı ilə çağırıb. Tam adı Cero Cero Tres Miller Santos Cable olan gənc ailədə üçüncü uşaq olduğu üçün belə adın sahibi olub