“Apple” şirkətinin qurucusu Stiv Cobsun həyat yoldaşı Loren Povel həyat yoldaşından qalan mirası övladlarına saxlamaq niyyətində olmadığını bildirib.
Qadin.Net bildirir ki, bu barədə xeyriyyəçi qadın “The New York Times” qəzetinə müsahibəsində deyib
L.Povel bildirib ki, o, vəfat etmiş həyat yoldaşının sərvətini nəsildən-nəsilə ötürmək niyyətində deyil: “Stiv də bunu istəmirdi. Əgər uzun həyat yaşayaramsa, hər şey mənimlə bitəcək”.
L.Povel əlavə edib ki, kiçik bir qrupun böyük miqdarda vəsaitə nəzarət etməsi səhv və ədalətsizlikdir