İngiltərədə səkkiz yaşlı məktəbli qız bürünc dövrünə aid, təxminən üç min il yaşı olan alət tapıb.
Qadin.Net bildirir ki, bu barədə “The Mirror” xəbər yayıb.
Bildirilib ki, babası ilə birlikdə çimərlikdə təmzilik işi ilə məşğul olan qız metalaxtaran vasitənin köməyi ilə sözügedən aləti tapıb.
Qızın babası bildirib ki, ilk baxışdan həmin tapıntının tarixi əhəmiyyətini müəyyənləşdirmək mümkün olmasa da, sonradan alətin əsl xüsusiyyəti üzə çıxıb.
Baba ümid edir ki, sözügedən bürünc alətin onlarda qalmasına icazə verəcəklər.