"Eurovision 2018"in qalibi Netta Barzilai koronavirus səbəbindən konsertini təxirə salıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, fevralın 4-ü Xorvatiyada konserti nəzərdə tutulan ifaçı bu barədə özü məlumat verib. O, nə özünü, nə də sevənlərini təhlükəyə atmaq istəmədiyini bildirib.
Məlumata görə, Xorvatiyada adıçəkilən virusa yoluxanlarının sayının artması müğənnini təşvişə salıb.
Qeyd edək ki, bu il Azərbaycanı Rotterdamda (Niderland) keçiriləcək "Eurovision 2020"də Samirə Əfəndi təmsil edəcək.