Hollivud aktyoru Nikolas Keyc yeni münasibətə başlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 56 yaşlı aktyor Luziana ştatının Yeni Orlean şəhərində yerləşən qəbristanlıqda özündən yaşca kiçik asiyalı xanımla görüntülənib.
Cütlük birlikdə aktyorun orada aldığı türbəni ziyarət etməyə gediblər.
Keycin əlində tutduğu xanımın hələ ki kimliyi məlum deyil.
Qeyd edək ki, aktyor ötən il Erika Koyke ilə evləndikdən 4 gün sonra ondan boşanmışdı.