Lüksemburqda fevralın 29-dan başlayaraq ictimai nəqliyyatın bütün növləri – dəmir yolu (birinci növ qatarlar istisna olmaqla), avtobuslar (gecə reysləri istisnadır) və tramvaylar pulsuz xidmət göstərəcək.
Qadin.Net bildirir ki, bu barədə Korrespondent.net məlumat yayıb.
Bildirilir ki, bundan öncə belə tədbirlər ayrı-ayrı şəhərlərdə icra edilsə də, ilk dəfə bütün ölkə daxilində həyata keçirilir.
Hökumət bu addımı avtomobil yollarının yükünün azaldılması üçün atdıqlarını bildirib. Çünki hər gün 200 minə yaxın insan Almaniyadan, Fransadan, Belçikadan Lüksemburqa işə gəlirlər.
Qeyd edək ki, Lüksemburqun əhalisi 607 min nəfərdir