Koronavirus daha iki ölkədə qeydə alındı
İrlandiyada yeni koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Qadin.Net bildirir ki, "RİA “Novosti”nin məlumatına əsasən, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“İrlandiya Respublikasında COVID-19 virusuna yoluxma halı təsdiqlənib”, - deyə saytda bildirilir.
“Independent” portalı yazır ki, həmin şəxs bu yaxınlarda İtaliyanın şimalında olub.
Həmçinin Lüksemburqda koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, hakimiyyət orqanları 40 yaşlarında olan kişinin təkrar müayinəsinin nəticələrini gözləyirlər.