Qadin.NET / Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib


Nazirlər Kabineti “Formal təhsilin təşkili Qaydaları”na dəyişiklik edib.

Qain.Net bildirir ki, APA-nın məlumatına görə, bu Qaydalar formal təhsilin təşkili məsələlərini tənzimləyir.

Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İndiyə qədər ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması əyani olub. Dəyişikliyə əsasən, ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib.

İndiyə qədər ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir. Dəyişikliyə əsasən, stasionar təhsil də formal təhsil hesab ediləcək.

Digər dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsilinin distant formada təşkil olunmasına dair müddəa ləğv olunub

1 mart 2020
GO BACK