Qadin.NET / Xalq artisti Ağaxan Salmanlı vəfat etdi

Xalq artisti Ağaxan Salmanlı vəfat etdi

Xalq artisti Ağaxan Salmanlı vəfat etdi


Xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktyor Cavidan Novruz məlumat yayıb.O bildirib ki, 79 yaşlı aktyor bir neçə saat əvvəl avtobusda dünyasını dəyişib.Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.Bir neçə Mozalan kinojurnalında çəkilib. O, 1978-ci ildə Əməkdar, 2005-ci ildə isə Xalq artisti fəxri adını alıb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xalq artisti Ağaxan Salmanlı vəfat etdi

Xalq artisti Ağaxan Salmanlı vəfat etdi


29 fevral 2020
GO BACK