Britaniya şahzadəsi Harri və amerikalı musiqiçi Con Bon Covi birgə mahnı yazdırıblar.
Qadin.Net bildirir ki, kompozisiyadan bir parça şahzadə və həyat yoldaşı Meqan Marklın “Instagram” səhifəsində paylaşılıb.
Sosial şəbəkədə yerləşdirilən digər paylaşımın altında bildirilib ki, “Unbroken” adlı mahnı əlil olan cari və sabiq hərbçilərə həsr olunub. Şahzadə Harri və Bon Covinin mahnısı may ayında hərbçilər arasında keçiriləcək “məğlubedilməzlərin oyunu” adlı növbəti yarışların bir növ himni olacaq.
Con Bon Covi amerikalı musiqiçi və əfsanəvi “Bon Jovi” rok-qrupunun təsisçisidir. O, 2018-ci ildə rok-n-rollun “Şöhrət zalı”na üzv seçilib