“Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur”.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə qərargah üzvü - respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər:
“Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda orta məktəblər, bağçalar və universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur”.
O qeyd edib ki, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır