Çinin Honq Konq bölgəsində ilk dəfə ev heyvanında koronavirus aşkarlanıb.
Qadin.Net bildirir ki, bu barədə “The new York Post” Çinin Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat verib.
Məlumatda bildirilir ki, koronavirus daha əvvəl yoluxmuş sahibindən itə keçib.
İtin Honq Konq limanında heyvanlar üçün xüsusi otaqda karantində saxlanıldığı qeyd edilib.
Alimlərin fikrincə, hazırda heyvanların insanlardan virusa yoluxub-yoluxa bilməyəcəyi məlum deyil.
İt sağalana qədər karantində saxlanılacaq.