"15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir".
Qadin.Net axşam.az -a istinadən "Report.az"a istinadən xəbər verir ki, bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərin şayiə olduğunu deyib:
"Həmin şəxs, doğrudan da, İranda işləyib qayıdan şəxs olub. Ağdaşa qayıdıb və orada da sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir"