Avropanın ən bahalı daşınmaz əmlakı – modelyer Pyer Kardenin sahibi olduğu Fransanın Lazur sahilində yerləşən “Palais Bulles” villası satışa çıxarılıb.
Qadin.Net bildirir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Əmlakın dəyəri 305 milyon funt sterlinqə (671 milyon 312 min manat) bərabərdir.
Fransız modelyer daşınmaz əmlaka 90-cı illərin əvvəllərində sahib olub. Karden artıq 2015-ci ildə villanı satmağa çalışsa da, əmlak üçün 300 milyon funt sterlinq ödəyən tapılmayıb.
Mülkün sahəsi 1.2 min kvadrat metrdir. Burada panoram lanç-zonası, qonaq otağı, 11 vanna otağı və 10 yataq otağı mövcuddur.
Villanın 790 kvadrat metrlik həyətində bağlar, göllər, hovuz, həmçinin dəniz görünüşlü 500 nəfərlik amfiteatr var