İngiltərənin Plimut şəhərinin sakini Ues Qrant Böyük Britaniya mediası tərəfindən “hazırda yaşayan ən bəxtli insan” adını alıb.
Qadin.Net bildirir ki, bu barədə “Mirror” xəbər yayıb.
37 yaşlı sakin uşaq vaxtından etibarən onun ölümü ilə nəticələnə biləcək ekstremal vəziyyətlərə düşüb. Ancaq hər dəfəsində möcüzəvi şəkildə xilas olub.
İlk bədbəxt hadisə uşaqlığında, Cənubi Afrika Respublikasında yaşayarkən baş verib. Həmin vaxt o, velosipedlə avtomobil yolunda qəzaya uğrayıb.
Qrantın 16 yaşı olanda isə qaldığı uşaq düşərgəsində yanğın baş verib. Nəticədə ayaqları elə möhkəm yanıb ki, yeriməyi yenidən öyrənmək məcburiyyətində qalıb.
17 yaşında alovlanan dezodoranta görə üzündən ciddi yanıq xəsarəti alıb.Sonra Qrant pul qazanmaq üçün ağızdan od püskürmə fəndini öyrənməyə çalışır. Lakin buraxdığı səhv və pis yanacaq yeni yanıqlarla nəticələnib.Bir dəfə Qrant təsadüfən canilərin olduğu maşının yanından keçib. Bu maşındakıların planını pozub və onlar gənci təmir açarı ilə vurub. Xoşbəxtlikdən kürəyindən aldığı xəsarət ağ ciyərlərini zədələməyib.Hətta cinayətkarların atəşinə məruz qaldığı hal da olub.2006-cı ildə Kral dəniz piyadalarına qoşulmaq üçün CAR-dan çıxan Qrant Əfqanıstana göndərilib. Burda o, iki dəfə taliblərin mühasirəsinə düşüb və yaralanıbXidmətdə olarkən Qrant ürək tutması keçirib və 8-9 saat görmə qabiliyyətini itirib. Məlum olub ki, qan laxtası ürəyindən keçərək boğazına qalxıb. Qan axınının məhdudlaşması görmə qabiliyyətini müvəqqəti pisləşdirib. Həkimlər onu əməliyyat etmək məcburiyyətində qalıblar. Onlar gəncin sağ qalacağına 50 faiz zəmanət vermişdilər.
Dəniz piyadası kimi karyerasının son illərində aerodromda təlimçi işləyən Qrant bir dəfə havada paraşütdə yaranan problemlə əlaqədar ölümdən son anda xilas ola bilib.2013-cü ildə o, hərbi xidmətdən çıxır və gəmilərin pirat hücumundan qorunması ilə məşğul olur. Bu müddətdə o, bir neçə dəfə yaralanıb.Sonradan Ues özəl mühafizəçi kimi ixtisaslaşaraq məşhurların, ali səviyyəli şəxslərin və hətta kral ailəsinin üzvlərinin mühafizəsi ilə məşğul oldu.Hazırda o, bodibildinqlə məşğuldur, ölkə və dünya çempionu titullarına sahibdir.