Müğənni Samirə Əfəndinin ölkəmizi bu il “Eurovision”da təmsil edəcəyi iddia edilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, xəbəri Türkiyənin “Eurovision” səhifəsi “ESC Honey” yayıb.
“Niderlandlı musiqi prodüserləri Azərbaycanın 2020-ci il “Eurovision” mahnısını hazırlamaq üçün Bakıda studiyaya giriblər. İddia edilir ki, Azərbaycanın builki təmsilçisi Samirə Əfəndidir. Onun mahnısında uddan istifadə ediləcək” deyə, səhifə yazıb.
Onlar paylaşımında azərbaycanlı ud ifaçısı Kənan Tərlanoğlunun İnstaqram “Story”sində Bakıda çəkilən musiqiçilər Luk Van Birs və Toni Kornelisenlə bölüşdüyü fotoya da yer veriblər.
Lakin yarışmanın yayım hüquqlarına sahib İctimai Televiziyadan isə bu barədə heç bir açıqlama gəlməyib. Həmçinin, Samirə Əfəndi də bu barədə rəy bildirməyib.
Qeyd edək ki, S.Əfəndi “Səs Azərbaycan”, “Böyük səhnə” kimi müsabiqələrin iştirakçısı olub.