Qadin.NET / Gürcüstan Azərbaycanla sərhədi bağlayır-SƏBƏB

Gürcüstan Azərbaycanla sərhədi bağlayır-SƏBƏB

Gürcüstan Azərbaycanla sərhədi bağlayır-SƏBƏB


Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra Səhiyyə naziri Yekaterina Tikaradze və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze brifinq keçirib.

Qadin.Net Qafqazinfo-ya istinadən xəbər verir ki, brifinqdə İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən 50 yaşlı şəxsin hazırda Tbilisidə Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində olduğu bildirilib. Tikaradzenin sözlərinə görə, virusun Gürcüstanda epidemiya halı almaması üçün tədbirlər görülür. Onun sözlərinə görə, brifinqdən əvvəl Baş Nazir Georgi Qahariya ilə görüşüb və hökumət iki həftəliyə Azərbaycanla sərhədi bağlamaq qərarına gəlib.

İran vətəndaşlarının Gürcüstana, Gürcüstan vətəndaşlarının isə İrana gediş-gəlişi qadağan edilib

27 fevral 2020
GO BACK