Türkiyənin məşhur müğənnisi Gülben Ergen koronavirus səbəbindən məhkəmədə iştirak edə bilməyib.
Qadin.Net xəbər verir ki, Sondakika.com-un xəbərinə görə, sənətçi bu gün İstanbul Çağlayan Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyib.
Onun vəkili Ergenin Ankara səyahətindən qayıdarkən koronavirusa görə təyyarədən enmədiyini və İstanbula gəlmədiyini deyib.
O, müvəkkilinin növbəti prosesdə iştirak edəcəyini qeyd edib.
Tərəflərin vəkilləri dinlənildikdən sonra məhkəmə prosesinin növbəti iclası bir həftə sonraya təyin edilib. Əsassız səbəbdən prosesə gəlməyəcəyi təqdirdə müğənninin məhkəməyə zorla gətiriləcəyi bildirilib.
Qeyd edək ki, keçmiş əri Erhan Çelik Gülben Ergeni məhkəməyə verib