Qadin.NET / Sınmış ayağı ilə 10 saat süründü - FOTO

Sınmış ayağı ilə 10 saat süründü - FOTO

Sınmış ayağı ilə 10 saat süründü - FOTO


ABŞ-ın Vaşinqton ştatında ayağı sınan idmançı köməksiz vəziyyətdə on kilometr sürünüb.

Qadin.Net bildirir ki, “Mirror” nəşrinin yaydığı məlumata görə, 26 yaşlı idmançı Jozef Olendorf “Olimpik” milli parkında qış qaçışı zamanı yıxılaraq ayağını sındırıb.

Həmin ərazidə mobil telefonunun dalğası tutmayan Olendorf kömək çağıra bilməyib.

Soyuq havada donub ölməmək üçün o, on kilometr qarlı və palçıqlı daş yolu sürünərək gedib. Əynində yalnız şort və qolsuz köynək olan Olendorfun dizləri qana boyanıb. On saatdan sonra xilasedicilər tərəfindən tapılan həmin şəxs ailəsini ölümü ilə məyus etməmək üçün sağ qalmağa çalışdığını deyib.

Onu ilk yardım göstərildikdən sonra helikopterlə xəstəxanaya çatdırıblar

Sınmış ayağı ilə 10 saat süründü - FOTO

Sınmış ayağı ilə 10 saat süründü - FOTO

Sınmış ayağı ilə 10 saat süründü - FOTO


25 fevral 2020
GO BACK