Ötən həftələrdə koronavirusa məlhəm tapan şəxsə 238 min manat mükafat verəcəyini vəd edən dünya şöhrətli aktyor Ceki Çan karantinə alınıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 65 yaşlı sənətçi getdiyi tədbirlərin birində iştirak edən şəxsin koronavirus tutmasından sonra qonaqlarla birlikdə nəzarətə götürülüb.
Qeyd edək ki, C.Çan “Küçələri boş görmək istəmirəm. Həmyerlilərimin həyatdan zövq almaq yerinə ölümlə mübarizə aparmalarını istəmirəm” deyə, bildirərək mükafat verəcəyini söyləmişdi.