Qadin.NET / Riki Martini diri-diri yandırmaq istədilər-SƏBƏB

Riki Martini diri-diri yandırmaq istədilər-SƏBƏB

Riki Martini diri-diri yandırmaq istədilər-SƏBƏB


Çilinin Vina Del Mar şəhərində keçirilən musiqi festivalına etiraz edən nümayişçilər məşhur müğənni Riki Martinin qaldığı hoteli yandırmağa çalışıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, hotelin qarşısında polislə ciddi toqquşma baş verib. Küçəyə çıxan etirazçılar Riki Martin də daxil olmaqla sənətçilərin avtomobillərini, o cümlədən festivalın keçiriləcəyi ərazidəki nəqliyyat vasitələrini yandırıb.

Hökumətin sosial siyasətinə qarşı etiraz bütün gecə davam edib. Bazar günü festival başlayandan bəri, saat 17.00-da polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb və son saatlarda etirazların şiddəti artıb. Nümayişçilər sənətçilərin, xüsusən Riki Martinin qatıldığı hoteli yandırmağa çalışıb.

Festivalın ilk günündə çıxış edən Riki Martin xalqa dəstək nümayiş etdirib. Müğənni “Hər zaman sülh içində olun, amma əsla susmadan, haqqınızı tələb edin” deyə bildirib

25 fevral 2020
GO BACK