Qadin.NET / Fahriye Evcenin əslində necə arıqladığı məlum oldu

Fahriye Evcenin əslində necə arıqladığı məlum oldu

Fahriye Evcenin əslində necə arıqladığı məlum oldu


Oğlunun sağlamlığını hər şeydən üstün tutan Fahriye Evcen doğuşdan sonra artıq çəkisi ilə gündəm olmuşdu.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, kino ulduzunun ənənəvi üsullarla arıqladığı və əvvəlki çəkisinə qovuşduğu məlum olub. Ulduza yaxın mənbələrin sözlərinə görə, ənənəvi üsullarla qidalanan gözəl aktrisanın menyusunun əsas hissəsini qurudulmuş meyvələr, xurma, kompot və bulqur təşkil edir. 12 kq arıqlamağa müvəffəq olan Fahriye Evcen oğlunu ana südü ilə bəslədiyi üçün pəhriz müddətində heç bir zərərli məhsuldan istifadə etməyib.

Aktrisanın sarıköklü cövhərlə arıqlaması haqqında yayılan xəbərlərinsə fırıldaqçıların əsassız reklam iddiaları olduğu üzə çıxıb.

25 fevral 2020
GO BACK