Şahzadə Harri və xanımı Meqan Markl yenidən britaniyalıların narazılığına səbəb olublar. Belə ki, “qiyamçı cütlük” kraliça II Elizabetin xoşuna gəlməyəcək bəyanatla çıxış ediblər.
Qadin.Net bildirir ki, “Dailiy Mail”in məlumatına görə, Sasseks hersoqları yeni bəyanatı öz rəsmi saytlarında dərc edib. Onlar bildiriblər ki, II Elizabet onların “kraliyyət” titulunu kommersiya məqsədilə istifadəsinə qadağa qoya bilməz.
Cütlük vurğulayıb ki, ailənin digər üzvləri bu qaydalara riayət etmir. Ekspertlərin fikrincə, söhbət şahzadə Beatris və Evgeniyadan gedir.
Bu hal kraliçanı kədərləndirib.“Bu, onların öz qərarı idi. Və ailə onların həyatını yüngülləşdirmək üçün hər işi görür. Əlbəttə, hər iki tərəfdən qurbanlar olmalıdır, amma Sasseks hersoqları kraliçaya minnətdar olmalıdırlar”, - deyə mənbə bildirib.Qeyd edək ki, cütlük artıq “İnstagram”da “kraliyyət” hesabını itirib.Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet şahzadə Harri və Meqan Markla “Sasseks hersoqları” titulundan və “kraliyyət” sözündən kommersiya məqsədləri üçün istifadə etmələrini qadağan edib.