Rusiyanın paytaxtı Moskvada çinli turistlər sirkdən qovulub, sonra isə qaldıqları oteldə karantinə alınıblar.
Qadin.Net xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb
Məlumata görə, turistlər sirkə tamaşaya baxmağa gedərkən orda işləyən bilet satan polis çağırıb. Araşdırma zamanı müəyyən edilib ki, həkimlər bu qrupa oteldən çıxmağı qadağan edib.
Nəticədə polis turistləri müşayiət altında otelə geri göndərib, bu da onların narazılığına səbəb olub. Çinlilər hüquqlarının pozulmasından şikayət ediblər