104 yaşında dünyasını dəyişən amerikalı aktyor Kirk Duqlas bütün var-dövlətini xeyriyyə təşkilatlarına bağışlayıb.
Qadin.Net bildirir ki, “Mirror” xəbər verir ki, Hollivudun “qızıl dövrünün” aktyoru benefisiarları Kirk və Anna Duqlasın Uşaq Mərkəzi, Kalver-Sitidəki Kirk Duqlas adına teatr və Los-Anceles uşaq xəstəxanası olan xeyriyyə fondunun hesabına 80 milyon ABŞ dolları yatırıb.
Həmçinin aktyorun var-dövlətinin bir hissəsi Nyü-Yorkda yerləşən Müqəddəs Lavrentiy universitetinə yönəldilib.
Onun uşaqları – aktyor Maykl Duqlas, kinoprodüser Coel Duqlas və televiziya prodüseri Piter Duqlas mirassız qalıblar