Qadin.NET / HAVA necə olacaq?-24 FEVRAL

HAVA necə olacaq?-24 FEVRAL

HAVA necə olacaq?-24 FEVRAL


Sabaha olan hava proqnozu açıqlanıb.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq. 

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.  

Fevralın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 4-8° isti, gündüz  12-17°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti  olacaq

23 fevral 2020
GO BACK