Yeni dünyaya gələn uşağın qəzəbli baxışı barədə foto sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Qadin.Net bildirir ki, “Daily Mail”in məlumatına görə, foto Braziliyanın Rio-de-Janeyro şəhərində çəkilib.
Məlumata görə, İzabella Pereyra de Xesus qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ana bu xoşbəxt anı həmişəlik yaddaşa köçürmək üçün yerli fotoqraf Rodriqo Kustmanı dəvət edib.
Lakin çəkilən fotolar ananın da, elə orada olanların da gözlədiyindən fərqli olub.
Fotoqraf həmin anlar barədə bunları danışıb.
“Körpə gözlərini geniş açmışdı, ancaq ağlamırdı. Həkim ona “ağla, İza” (Bu uşağın ciyərlərinin işləməsi üçün lazımdır - red.) dedi. O, sifətini ciddiləşdirib baxdı. Və ancaq həkim onun göbəyini kəsdikdən sonra bərkdən ağlamağa başladı”.
Fotoqraf həmçinin İzabellanın ilk anları barədə fotoları paylaşıb.
Ananın sözlərinə görə, qızı vaxtından bir həftə əvvəl dünyaya gəlməklə artıq öz iradəsini göstərib