Məşhur aktyor Corc Kluninin 12 milyon dollar (20 milyon 400 min manat - red.) dəyərində olan malikanəsi Dennis qasırğasından sonra sular altda qalıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, tennis meydançası, eyvan və həyətin böyük bir qismi evin yanındakı çaydan gələn sel suları ilə əhatələnib.
Qeyd edək ki, Corc və vəkil həyat yoldaşı Amal Kluni daha öncə də sel səbəbilə 18 ay ərzində təmir edilən evə 2016-cı ildə köçüb.