Qadin.NET / 10 gün qida boyası içdi-ŞOK NƏTİCƏ-FOTO

10 gün qida boyası içdi-ŞOK NƏTİCƏ-FOTO

10 gün qida boyası içdi-ŞOK NƏTİCƏ-FOTO


“TikTok”un “Coltyy” nikli istifadəçisi 10 gün mavi rəngli qida boyası içib.

Qadin.Net bilıdirir ki, “Daily Mirror”un məlumatına görə, o, eksperimentin gedişatı və nəticələri barədə məlumatları öz hesabında mütəmadi olaraq dərc edib. Nəticədə beş gündən sonra onun dişində, 10 gündən sonra isə  saç və dərisinin rəngində dəyişikliklər görünüb.

“Coltyy”dən sonra sosial şəbəkənin digər istifadəçiləri də təcrübəni təkrarlamağa başlayıb.

“TikTok” rəhbərliyi isə bu videoların bəzilərini təhlükəli hesab edərək, kadrları ancaq “travmatik təhlükəli” işarəsi ilə paylaşmağa imkan yaradıb.

“Coltyy” bu sınaqların onun orqanizminə mənfi təsir etmədiyini və təcrübəyə davam etməyi düşündüyünü deyib.

Tibb sahəsində mütəxəssislər və həkimlər az miqdarda qida boyasının təhlükəsiz olduğunu bildiriblər. Lakin bəzi tədqiqatlardan sonra qida əlavəsi ilə diqqətin yayınma sindromu və hiperaktivlik arasında əlaqə müəyyən edilib

21 fevral 2020
GO BACK