Rusiyada yeniyetmə qeyri-adi yolla pul qazanır.
Qadin.Net bildirir ki, V1.ru-nun yaydığı xəbərə görə, o sevgililərin etibarını yoxlayır.
19 yaşlı Səbinə ona müraciət edən qızların sevgililərini internetdə yazışmaqla özünə cəlb edir. Bu yolla qızlar sevgililərinin nə dərəcədə etibarlı olduğunu yoxlayır.
Hər belə xidmət üçün o, ona müraciət edən qızlardan 200-300 rubl alır. Səbinə gördüyü işdə pis heç nə olmadığını deyir.
Onun bildirdiyinə görə, sevgilisinin etibarina güvənib, lakin sonradan onun heç də etibarlı olmadığına əmin olub.
Beləliklə, o, bu vasitədən istifadə etməklə həm pul qazandığını, həm də başqa qızların onun başına gələnləri yaşamaması üçün belə etdiyini deyib