Tükiyəli şoumen İbrahim Büyükak, Esər Yenənlər və Oğuzxan Koç ilə yaratdıqları “3 adam talk show” qrupunun dağılma səbəbini açıqlayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, İ.Büyükak fərqli macəralar yaşamaq istədiklərini bildirib:
“Fərqli hekayələrdə yer almaq istədik. Hamımızın başqa özəllikləri var. Dostluğumuz davam edir, ola bilər ki, gələcəkdə başqa işlərdə yenidən bir araya gəldik. “3 adam” maraqlı idi, ancaq vaxtı gələndə bitməli idi”