“TV8” kanalında yayımlanan Türkiyənin məşhur “Survivor” yarışmasında iştirak edən həmyerlimiz, kikboks üzrə dünya çempionu Pərviz Abdullayev bugünki buraxılışda yüksək nəticə göstərib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, rəqib komandanı cəldliyi və dəqiqliyi ilə məğlub edən Pərviz komandasına yemək də qazandırıb.
“Survivor” müsabiqəsinin tarixində bir ilk də yaşanıb. Yarışmaya 3 nəfər birdən vida edib.
“Ünlülər” komandasından olan Uğur Pektaş və Şaziye İvegin Üner dizlərindəki zədəyə görə, “Gönülülər” komandasından isə Makbule Karabudak çox səs toplayaraq müsabiqədən uzaqlaşdırılıblar