Aktrisa Burçin Tərzioğlu eşq yaşadığı iddia edilən idman müəllimi Umut Duyqu ilə hava limanında görüntülənib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran aktrisa münasibətini gizlətmədiyini söyləyib:
“Şəxsi həyatım ilə bağlı heç vaxt danışmamışam. Hər şey gördüyünüz kimidir. Gizləyəcək heç nə yoxdur. Heç kimə yalan danışmıram. Həyatımı yaşamağa çalışıram”.
Qeyd edək ki, cütlük birlikdə istirahətə yollanmışdı