21 yaşlı britaniyalı model uçurumun kənarında şəkil çəkdirmək istəyərkən yıxılaraq ölüb.
Qadin.Net bildirir ki, bu barədə “The Sun” xəbər yayıb.
Bildirilib ki, bədbəxt hadisə Avstraliyanın Sidney şəhərində baş verib. Medalin Devis orda dostları ilə əylənirmiş. Sübh vaxtı gənclər qayaya dırmaşıb. Model uçurumun kənarında doğan günəşin fonunda şəkil çəkdirmək istəyib. O, qayalığın lap kənarında əyləşib və qəfil yıxılıb.
Məlumata görə, “Instagram”da 20 mindən artıq izləyicisi olan məşhur model ötən il vizajist işini ataraq, dünya səyahətinə yollanıb. Avstraliyaya gedənə qədər Medalin alpinizmlə məşğul olub, Balidə istirahət edib