ABŞ-ın Virciniya ştatında meşədə gəzintiyə çıxmış it evə gözlənilməz tapıntı ilə qayıdıb.
“Bored Panda” xəbər verir ki, it evə 540 qram çəkisi olan yeni doğulmuş ayı balası gətirib
Ehtimal edilir ki, ayının anası ovçular tərəfindən vurulub və bala acından ölməyə məhkum idi.
İtin sahibləri ayını vəhşi heyvanlar sığınacağına bağışlamağa qərara gəliblər.
Bir müddət sığınacaqda qalan ayı balası artıq özünə yeni ailə tapıb