Çində tibbi maska çatışmazlığını aradan qaldırmaq üçün yeni fabrik tikilir.
Qadin.Net xəbər verir ki, bu barədə “Sinhua” agentliyi xəbər yayıb.
Müəssisənin altı günə inşa ediləcəyi gözlənilir. Burada hər gün 250 min maskanın hazırlanması nəzərdə tutulur.
Son məlumatlara görə, Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatıb. 6639 nəfər xəstəlikdən tam sağalıb.
Virusa yoluxanların sayı isə 58,1 min nəfər təşkil edib.