Müğənni Sərdar Ortaç məkanlardan birindən çıxarkən yeni sevgilisi Seçillə görüntülənib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı yeni eşq yaşamağa başladığı sevgilisi haqqında ilk dəfə jurnalistlərin suallarını cavablandırıb. O, Seçili çoxdan tanıdığını bildirib:
"10 ildir bir-birimizi tanıyırıq. Birlikdə mahnı hazırlamışıq. Tez-tez görüşmüşük. Xasiyyətimi yaxşı bilir. Bu da xoşuma gəlir. İkimizin də fikirləri eynidir. Hələ ki, hər şey yaxşıdır".
Qeyd edək ki, sənətçi 6 ay əvvəl model Xloe Louqnandan ayrılıb