Aktyor Ozan Güven xəstəxanalardan birindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ayağında yaranmış problemə görə xəstəxanaya getdiyini deyən Ozandan Serenay Sarıkaya ilə aktyorun yaxın dostu və həmkarı Cem Yılmaz haqqında sual verilib.
Güven "Cemlə Serenayla sevgili olduqdan sonra aranızdakı dostluq münasibətinə son qoyulub" sualına cavab verməkdən boyun qaçırıb və onlarla bağlı danışmaq isəmədiyini bildirib.
Qeyd edək ki, Ozan sonuncu dəfə Serenayla açıq-saçıq səhnəli seriala çəkilib. Ondan sonra məşhurlar arasında eşq yaşandığı deyilirdi.